PEŞƏ KURSLARI

İşaxtaranların peşə hazırlığı kurslarının təşkili.


İşaxtaranların peşə hazırlığı kursları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla  Təhsil Nazirliyinin təsdiq etdiyi tədris proqramları əsasında həyata keçirilir.
- İşaxtaran və işsiz vətəndaşlar aşağıdakı hallarda peşə hazırlığı kurslarına cəlb edilirlər:
- müvafiq peşə və ya ixtisası olmadığına görə onlar üçün münasib iş seçmək mümkün olmadığı halda;
- peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün onun öz peşəsini (ixtisasını) dəyişdirməsi zəruri olduğu halda;
- əvvəlki peşəsi üzrə işləmək qabiliyyətini itirdikdə.
Peşə hazırlığı kursları Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunur.
Peşə hazırlığı kursları şəhər, rayon Məşğulluq Mərkəzləri tərəfindən işaxtaran və işsiz kimi qeydiyyatda olan əmək qabiliyyətli yaşda olan vətəndaşlar cəlb olunmaqla təşkil edilir. 
Peşə hazırlığı kursları bir qayda olaraq 10-24 nəfərlik qruplar halında təşkil olunur. İşəgötürənlərin sifarişi ilə təhsilalanların hazırlığını çevik həyata keçirmək məqsədi ilə peşə hazırlığı kursları vətəndaşların arzusu ilə ödənişli əsaslarla da təşkil edilə bilər.
Kurslarda təhsilin müddəti təsdiq olunmuş tədris proqramına uyğun 3 aydan çox olmamaqla müəyyən edilir.
Təhsilalan təhsil müddətində üzrsüz səbəbdən 3 gün dərs buraxdıqda və ya fənlərin tədris proqramını  mənimsəmək qabiliyyəti olmadığı aşkar edildikdə təhsildən kənarlaşdırılır.
Peşə hazırlığı kursunu başa çatdırmış və ixtisas imtahanını  müvəffəqiyyətlə vermiş təhsil alanlara kursu bitirmək haqqında təhsil müəssisəsi  tərəfindən  şəhadətnamə verilir.

Müəssisə və təşkilatların müraciətləri əsasında onların işçiləri üçün ehtiyac olan peşələr üzrə də ixtisasartırma kursları təşkil edilə bilər.

Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan peşələr aşağıdakılardır.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən peşə-ixtisas təhsili üzrə kadr hazırlığı aparılması nəzərdə tutulan ixtisasların

S İ Y A H I S I

İxtisasın adı

Tədris

müddəti

Saat

Əmək bazarının tələbinə uyğun tədrisi

həyata keçiriləcək peşələr

1.

Ağac üzərində oyma

2 ay

300

2.

Xalçaçı

3 ay

450

3.

Misgər

2 ay

300

4.

Aşpaz köməkçisi

2 ay

300

5.

Bərbər

3 ay

450

6.

Bərbər-manikürçü

3 ay

450

7.

Ofisiant

2 ay

300

8.

Traktorçu-maşinist

3 ay

450

9.

Qazanxana maşinisti

1 ay

150

10.

Elektrik montyoru

2 ay

300

11.

Kabel lehimləyici və elektrik montyoru

2 ay

300

12.

Mebel quraşdırıcısı

2 ay

300

13.

Toxucu (pambıq, yun, ipək, kətan istehsalatı)

2 ay

300

14.

Dərzi

3 ay

450

15.

Turizm agenti

3 ay

450

16.

Mobil telefonların təmiri ustası

2 ay

300

17.

İstilik sistemlərinin montajçısı

2 ay

300

İxtisasartırma kursları

1.

Teleaparıcı

1 ay

150

2.

Televiziya rejissorluğu

1 ay

150

3.

Video çəkilişi üzrə operator

1 ay

150

4.

Fotoqraf

1 ay

150

5.

Qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər

2 ay

300

6.

Dayə

2 ay

300

7.

Dəmir yolu nəqliyyatında elektrik montyoru

2 ay

300