PEŞƏ KURSLARI

İşaxtaranların peşə hazırlığı kurslarının təşkili.


İşaxtaranların peşə hazırlığı kursları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla  Təhsil Nazirliyinin təsdiq etdiyi tədris proqramları əsasında həyata keçirilir.
- İşaxtaran və işsiz vətəndaşlar aşağıdakı hallarda peşə hazırlığı kurslarına cəlb edilirlər:
- müvafiq peşə və ya ixtisası olmadığına görə onlar üçün münasib iş seçmək mümkün olmadığı halda;
- peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün onun öz peşəsini (ixtisasını) dəyişdirməsi zəruri olduğu halda;
- əvvəlki peşəsi üzrə işləmək qabiliyyətini itirdikdə.
Peşə hazırlığı kursları Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunur.
Peşə hazırlığı kursları şəhər, rayon Məşğulluq Mərkəzləri tərəfindən işaxtaran və işsiz kimi qeydiyyatda olan əmək qabiliyyətli yaşda olan vətəndaşlar cəlb olunmaqla təşkil edilir. 
Peşə hazırlığı kursları bir qayda olaraq 10-24 nəfərlik qruplar halında təşkil olunur. İşəgötürənlərin sifarişi ilə təhsilalanların hazırlığını çevik həyata keçirmək məqsədi ilə peşə hazırlığı kursları vətəndaşların arzusu ilə ödənişli əsaslarla da təşkil edilə bilər.
Kurslarda təhsilin müddəti təsdiq olunmuş tədris proqramına uyğun 3 aydan çox olmamaqla müəyyən edilir.
Təhsilalan təhsil müddətində üzrsüz səbəbdən 3 gün dərs buraxdıqda və ya fənlərin tədris proqramını  mənimsəmək qabiliyyəti olmadığı aşkar edildikdə təhsildən kənarlaşdırılır.
Peşə hazırlığı kursunu başa çatdırmış və ixtisas imtahanını  müvəffəqiyyətlə vermiş təhsil alanlara kursu bitirmək haqqında təhsil müəssisəsi  tərəfindən  şəhadətnamə verilir.

Müəssisə və təşkilatların müraciətləri əsasında onların işçiləri üçün ehtiyac olan peşələr üzrə də ixtisasartırma kursları təşkil edilə bilər.

Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan peşələr aşağıdakılardır.


Peşənin adı

Müddəti

1

Ofisiant

2 ay

2

Satıcı-nəzarətçi kassir

2 ay

3

Çörəkçi

2 ay

4

Qalayçı

1 ay

5

Kompyuter istifadəçisi

2 ay

6

Xalçaçı

2 ay

7

Traktorçu-maşınçı

3 ay

8

Elektrik montyoru

2 ay

9

Elektrik avadanlıqların təmiri və elektromexanik

2 ay

10

Kabel lehimləyicisi və elektrik montyoru

2 ay

11

Dərzi

3 ay

12

Sahibkarlığın əsasları

2 ay

13

Keçəçi

1 ay

14

Kompyuter mühasibliyi

2 ay

15

Bərbər

2 ay

16

Nitq mədəniyyəti

1 ay

17

Toxucu

2 ay

18

Buldozer maşınisti

2 ay

19

Lift mexaniki

2 ay

20

Qazanxana maşınisti

2 ay

21

Mebel quraşdırıcısı

2 ay

22

Məişət qaz cihazlarının təmiri üzrə çilingər

2 ay

23

Ayaqqabının fərdi tikişi və təmiri ustası

2 ay

24

Videooperator

2 ay

25

Misgər-tənəkəçi

3 ay

26

Bələdçi (GİD)

3 ay

27

Fotoqraf

3 ay

28

Aşpaz köməkçisi

3 ay

29

Misgər

2 ay